AFFA aşağı yaş qrupları üzrə 8 komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalarda qayda pozuntularına yol verən 8 komanda barədə qərar qəbul edib.

Gənclər Liqasında “İmişli” ilə matçın 29-cu dəqiqəsində meydanı tərk edən “Lion” komandasına texniki məğlubiyyət verilib. U-14 Liqasında “Ağdam” - “Aran” və “Füzuli” - “Zəfər” oyunlarında, həmçinin U-13 Liqasında “Universal Football Academy” - “Məhəllə Uşaqları” görüşündə müvafiq komandalar vaxtında gəlmədikləri üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.

Noyabrın 1-də keçirilməli olan “Qafqaz Arena” – “Zəfər” və “Şamaxı” – “Çinar” oyunlarında “Zəfər” və “Çinar” komandaları oyuna çıxmaqdan imtina etdikləri üçün 0:3 hesablı texniki məğlubiyyət alıblar.

U-10 Liqasında “Kürdəmir” – “Çinar” matçı qonaqların heyətində sənədləri düzgün olmayan oyunçu aşkarlandığı və yetərsay olmadığı üçün yarımçıq dayandırılıb və Göyçay təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni gündə “Şamaxı” – “Çərəkə” matçına vaxtında gəlməyən “Çərəkə” komandası da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6