U-20 millimizin təlim-məşq toplanışı və heyəti açıqlanıb

Kontekst fotosu: Azərbaycanın U-20 millisinin əvvəlki məşqi; yeni toplanışın fotosu deyil.
AFFA · Kontekst fotosu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabr ayında iki mərhələli təlim-məşq toplanışına başlayacaq. Komanda noyabrın 9-dan 15-dək Qəbələdə, 16-dan 21-dək isə Bakıda hazırlıq keçəcək.

Yığmanın toplanış çərçivəsində keçirəcəyi yoldaşlıq görüşləri və rəqibləri barədə məlumatın daha sonra veriləcəyi bildirilib.

Məşqçilər korpusu tərəfindən toplanışa Həbib Hüşənov, Aftandil Arıxov, Elbrus Kərimov, Uğur Qurbanlı, Rəvan Feyziyev, Murad Qurbanov, Həzrət Səmədov, Rəşad Alışov, Vüsal Paşayev, Əhməd Tarverdiyev, Nadir Orucov, İslam Həsənov, Raul Süleymanov, Pünhan Qasımzadə, Hikmət Cəbrayılzadə, Anar Hüseynov, İbrahim Babayev, Eltun Babazadə, Əli Bəşirov, Ziya Şəkərxanov, Şahin İbrahimov, Şahnur İsmayılov, Nicat Nərimanov və Nihad Orucəli dəvət olunublar.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6