AFFA-da yeni təyinat reallaşıb

Kontekst fotosu: AFFA-nın binası; qərarın verildiyi iclas və ya təyin edilən şəxsin fotosu deyil.
Kontekst fotosu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) kadr dəyişikliyi baş verib. Əli Verdiyev qurumun Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Əli Verdiyev bu barədə məlumatı öz sosial şəbəkə hesablarında paylaşıb. O, yeni vəzifəsinə qədər özəl sektor və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb, o cümlədən “Philip Morris International”, “NEQSOL Holding” və “Japan Tobacco International” şirkətlərində reputasiya və böhranların idarə olunması sahəsinə cavabdehlik daşıyıb.

Verdiyev 1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili və tərcüməşünaslıq ixtisası üzrə bakalavr, 2009-2012-ci illərdə isə Xəzər Universitetində beynəlxalq biznes üzrə magistr təhsili alıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6