Toral Bayramovun “Rakuv”a keçəcəyi iddia olunur

Arxiv fotosu; Toral Bayramov
Arxiv fotosu

Türkiyənin “Bursaspor” klubunda çıxış edən Toral Bayramovun Polşanın “Rakuv” komandasına transfer olunacağı barədə iddialar yayılıb.

Polşa klubunun heyətində sol cinah müdafiəçisinin olmaması və bu mövqedə mərkəz müdafiəçisi Stratos Svarnasın oynaması transfer ehtimalını gündəmə gətirib. Həmçinin Toral Bayramovun Mahir Emreli ilə əvvəllər komanda yoldaşı olması da bu keçidin məntiqli ola biləcəyi fikrini yaradır.

Futbolçunun meneceri Tural Əsgərli isə “Rakuv”la danışıqlar aparılması barədə məlumatı təkzib edib. O, bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Toral Bayramov bu ilin yayında “Bursaspor”la üçillik müqavilə imzalayıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6