Rui Jorje İraqla yoldaşlıq görüşünü dəyərləndirib

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Tofiq Bəhramov adına Respublika Stadionunda İraq yığmasını 2:1 hesabı ilə məğlub edib.

Baş məşqçi Rui Jorje bildirib ki, hər iki komanda ilk görüşlə müqayisədə daha keyfiyyətli oyun nümayiş etdirib və meydanda yüksək intensivlik olub.

Portuqaliyalı mütəxəssis oyunçuların inkişafından razı qaldığını və komandanın əvvəlki əzmkarlıqla eyni tempdə işini davam etdirdiyini qeyd edib.

Rui Jorje futbolçularının potensialına inandığını və Azərbaycan xalqının komanda ilə qürur duymasını arzuladığını vurğulayıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6