Riçard Almeyda “Qarabağ”a qayıtmağa hazır olduğunu bildirib

Arxiv fotosu; Riçard Almeyda
Arxiv fotosu

“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Azərbaycana səfəri zamanı ölkə və klub üçün darıxdığını bildirib. Avqust ayında ağır zədə alan braziliyalı yarımmüdafiəçi müalicəsini davam etdirmək və klubun fizioterapevtinin nəzarətində olmaq üçün Bakıya gəldiyini qeyd edib.

Azərbaycanı vətəni kimi qəbul etdiyini deyən Almeyda “Zirə” klubuna baş çəkdiyini və Rəşad Sadıqovla görüşdüyünü bildirib. O, ailəsinin də Azərbaycanla bağlı xatirələrinin çox olduğunu vurğulayıb.

Hazırda Braziliyanın “Primavera” klubunda çıxış edən Almeyda “Qarabağ”a qayıtmaqla bağlı hələlik heç bir müzakirə aparmadığını açıqlayıb. Buna baxmayaraq, o, “Qarabağ”ı öz evi hesab etdiyini və klubun ehtiyacı olacağı təqdirdə geri dönməyə hazır olduğunu bildirib.

Riçard Almeyda 2025-ci ilin fevralında “Qarabağ”dan ayrılıb. O, Ağdam təmsilçisinin heyətində ümumilikdə 376 matçda 64 qol vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6