Azərbaycan futbolunda baş məşqçi dəyişikliyi və AFFA-nın iclası gözlənilir

“Səbail” rəhbərliyi baş məşqçi dəyişikliyinə hazırlaşır. Klub prezidenti Mirzə Bayrampurun artıq bir neçə mütəxəssislə, o cümlədən Premyer Liqada işləyən və hazırda işsiz olan məşqçilərlə görüşdüyü bildirilir.

Məlumatlara görə, M.Bayrampur rəhbərlikdəki digər şəxslərin təzyiqi altındadır. İddia olunur ki, Elnur Abdullayev postunda qaldığı təqdirdə komanda uğurlu nəticə qazana bilməyəcək.

“Sumqayıt” rəhbərliyi isə qeyri-sabit nəticələrə görə futbolçuları mükafatdan məhrum edib. Klub prezidenti Riad Rəfiyev 11-ci turda “İmişli” ilə heç-heçədən sonra komandanın çıxışından narazılığını bildirərək, cəza tədbirlərinin görüləcəyini qeyd edib.

AFFA İcraiyyə Komitəsi dekabr ayında toplanacaq. İclasda Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı nəticələri və baş məşqçi Ayxan Abbasovla müqavilənin uzadılıb-uzadılmaması məsələsi müzakirə olunacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6