Azərbaycan İkinci Liqasında 10-cu turun növbəti oyunları keçiriləcək

İkinci Liqada qapılara doqquz qol vuruldu, lider zirvədə qaldı - YENİLƏNİB

Futbol üzrə Azərbaycan İkinci Liqasında 10-cu turun oyunları davam edir. Bu gün keçiriləcək üç qarşılaşmada “Şirvan” “Marafon”u, “Hypers” “Kür-Araz”ı, “Qaradağ Lökbatan” isə “Ağdaş”ı qəbul edəcək.

Şirvan OİK stadionunda saat 14:00-da başlayacaq “Şirvan” - “Marafon” matçını Elçin Abdullayev idarə edəcək. Bərdə şəhər stadionunda saat 15:00-da start götürəcək “Hypers” - “Kür-Araz” görüşünün baş hakimi Nahid Xasıyevdir. Eyni saatda Lökbatan OİK stadionunda keçiriləcək “Qaradağ Lökbatan” - “Ağdaş” oyununa isə Rasim Musayev təyinat alıb.

Qeyd edək ki, turun əvvəlki matçında “Şəmkir” “Ağstafa Gəncləri”nə 0:1 hesabı ilə məğlub olub.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6