Misli Premyer Liqasında yerli futbolçuların məhsuldarlıq problemi

Misli Premyer Liqasında yerli futbolçuların məhsuldarlıq problemi

Misli Premyer Liqasında 11 turun yekunlarına görə, komandaların hücum xəttində əsas yük legionerlərin üzərindədir. Bombardirlər siyahısına 9 qolla Breno Almeyda başçılıq edir, onu 7 qolla Coy-Lens Mikels izləyir.

Yerli futbolçular arasında ən məhsuldar oyunçu 5 qolla Ağadadaş Salyanskidir. Digər yerli oyunçular isə I dövrədə maksimum 2 qol vura biliblər.

Turnir cədvəlinin ilk dördlüyündə yer alan klubların qol statistikası yerli futbolçuların hücumdakı passivliyini göstərir. 26 qolla lider olan “Neftçi”də yerli oyunçu yalnız 1 dəfə fərqlənib, “Sabah”da bu göstərici 4-dür.

Üçüncü pillədəki “Turan Tovuz”un heyətində yerli futbolçular hələ ki, qol vurmayıb. Dördüncü sıradakı “Qarabağ”da isə yerlilərdən yalnız Musa Qurbanlı 1 qol ilə yadda qalıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6