AFFA U-17 Liqasında kütləvi dava: 8 futbolçu və baş məşqçi cəzalandırıldı

AFFA İntizam Komitəsi U-17 Liqasında “Araz-Naxçıvan” və “European FA” komandaları arasında keçirilən oyunda baş verən kütləvi dava ilə bağlı qərar qəbul edib.

“Araz-Naxçıvan”ın oyunçuları Novruz Novruzlu və Hüseyn Hüseynli 3, Amil Ağayev və Ramal Qədəşiyev isə 4 oyunluq diskvalifikasiya olunub.

“European FA”nın futbolçularından Məhəmməd Cəfərli 3, Natiq Allahverdiyev və Rizvan Ağasənov 4, Amir Məmmədov isə 1 oyunluq cəza alıb.

“European FA”nın baş məşqçisi Sənan Hüseynli hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün 5 oyunluq kənarlaşdırılıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6