Abdulla Rzayev: “Baş verənlərdən nəticə çıxarmaq istəyirik”

“Araz-Naxçıvan”ın futbolçusu Abdulla Rzayev Premyer Liqanın XII turunda “Neftçi”yə məğlubiyyətdən sonra komandasının oyununu şərh edib.

Rzayev bildirib ki, oyuna istədikləri kimi başlaya bilməyiblər və matçın əvvəlində çətinlik yaşasalar da, sonradan toparlanıblar. O, “Neftçi”nin oyunçusu Qustavo Klismanın qolunu təsadüfi adlandıraraq, həmin epizodda rəqibin qapıya zərbə vurmaq niyyətində olmadığını iddia edib.

Futbolçu qeyd edib ki, qapılarında qollar gördükdən sonra daha fəal oynamağa çalışsalar da, qol imkanlarından yararlana bilməyiblər. Rzayev komandanın 12 oyundur qələbə qazana bilməməsini heyətdəki itkilər və bəzən heç nədən buraxılan qollarla əlaqələndirib.

Rzayev baş verənlərdən nəticə çıxarmaq istədiklərini və ilk qələbədən sonra “qara zolaq”dan çıxacaqlarına inandıqlarını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6