Hans Diter Flik: “Sabah” bizə çətin anlar yaşatdı”

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” Bakıda “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

“Barselona”nın baş məşqçisi Hans Diter Flik bildirib ki, rəqib onlara çətin anlar yaşadıb. O, buraxılan qolu ciddi səhv kimi qiymətləndirib və oyunun ümumilikdə çətin keçdiyini qeyd edib.

Flik oyunçuların performansından razı qaldığını, ikinci hissədə daha intensiv oyun nümayiş etdirdiklərini və nəzarəti əllərində saxladıqlarını vurğulayıb. Baş məşqçi Aleks Baldenin durumu ilə bağlı hələ dəqiq məlumatlarının olmadığını, lakin ümidli olduqlarını bildirib.

Bakıdakı atmosferdən razı qaldığını deyən Flik, şəhərdə inkişaf və inqilabi dəyişikliklər hiss etdiyini qeyd edib. O, “Sabah”ın baş məşqçisinin fəlsəfəsini bəyəndiyini və rəqib komandaya uğurlar arzuladığını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6