Misli Premyer Liqasında 13-cü turun hakim təyinatları bəlli olub

Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 13-cü turunda keçiriləcək oyunları idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Turun mərkəzi qarşılaşması olan “Neftçi” – “Zirə” matçına Tural Qurbanov, “Turan Tovuz” – “Kəpəz” görüşünə isə İnqilab Məmmədov təyin olunub.

Noyabrın 27-də “İmişli” – “Şəfa” matçını Fərid Hacıyev, 28 noyabrda “Sabah” – “Araz-Naxçıvan” oyununu Vüqar Həsənli, 29 noyabrda isə “Şamaxı” – “Qəbələ” qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək.

Turun son matçında “Qarabağ” və “Sumqayıt” komandalarının qarşılaşmasında baş hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6