Aslan Kərimov: “Qarabağ” heyətə yenidən əl gəzdirmək məcburiyyətindədi”

Arxiv fotosu; Aslan Kərimov
Arxiv fotosu

“Qarabağ” ardıcıl dördüncü matçda qol vura bilməyərək Gəncədə “Kəpəz”lə heç-heçə oynayıb. Ağdam təmsilçisi hazırda lider “Neftçi”dən 7 xal geridə qalaraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Mütəxəssis Aslan Kərimov uğursuz nəticələri aparıcı futbolçuların komandanı tərk etməsi və yeni transferlərin keyfiyyətinin aşağı olması ilə əlaqələndirib. O, Leandro Andrade, Abdulla Zubir, Kevin Medina, Kamilo Duran və Juninyonun gedişinin kollektivi zəiflətdiyini bildirib.

Kərimovun sözlərinə görə, cinahlardakı boşluqlar və Elvin Cəfərquliyevin zədəli olması rəqiblərə üstünlük yaradır. Mütəxəssis çatışmazlıqların aradan qaldırılması üçün qış fasiləsində heyətə daha 2-3 keyfiyyətli futbolçunun cəlb edilməsinin vacib olduğunu qeyd edib.

“Qarabağ” növbəti turda noyabrın 29-da “Azərsun Arena”da “Sumqayıt”ı qəbul edəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6