AFFA İntizam Komitəsi Region Liqası və U-9 Liqası ilə bağlı qərarlarını açıqlayıb

Region Liqasında keçirilən oyunlarda qayda pozuntusuna yol verən bir sıra futbolçular cəzalandırılıb. İqrar Səmədov (ŞKGB) 1, Teymur Rəfili (Ordubad FK) 2, Nazir Quliyev (Mübariz Binə FK), Asif Sadıqov (Ələt FK) və İsmayıl Məmmədov (Göygöl FK) hər biri 3, Mehrac Alıyev (Qovlar FK) isə 1 oyunluq cəza alıb.

Hakimlərə qarşı nəlayiq ifadələr işlətdiklərinə görə Tamerlan Zeynalov (Gənclər Birliyi Bakı PFK), Nihad Müslümov (Əlincə FK) və Ramazan Havalayev (Balakən FK) 5 oyunluq meydandan kənarlaşdırılıb.

Veteran Tankçılar Gəncə FK-nın üzvləri ilə bağlı sərt qərarlar qəbul edilib. Sahib Cümşüdov 7, Rəvan Əliyev 1 oyunluq cəzalandırılıb, komanda prezidenti Hacıbaba Əzimov isə hakimləri təhqir etdiyi üçün 8 oyunluq kənarlaşdırılıb.

Xəzri Buzovna FK – City Baku FK oyunu təşkilati-texniki problemlər səbəbindən baş tutmadığı üçün City Baku FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-9 Liqasında hakim qərarlarına etiraz etdikləri üçün baş məşqçilər Asif Zeynalov (FC SCOUT), Səxavət Ağazadə (AZART) və Rəşad Muradov (Vətən) hər biri 2 oyunluq cəzalandırılıb.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6