I Liqada IX turun növbəti oyunları keçirilib

Azərbaycan I Liqasının IX turu çərçivəsində “Şahdağ Qusar” və “Karvan-Yevlax” komandaları qələbə qazanıb.

“Karvan-Yevlax” öz meydanında “Mingəçevir”i 2:1 hesabı ilə məğlub edib. Görüşdə qolları Yevlax təmsilçisindən S.Abdullayev və İ.Əliyev, qonaqlardan isə S.Oqunmola vurub.

“Şahdağ Qusar” isə səfərdə “Baku Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib. Matçın taleyini həll edən yeganə qolu 90-cı dəqiqədə A.Dauda vurub.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6