Misli Premyer Liqasında XIII turun hakim təyinatları açıqlanıb

Misli Premyer Liqasının XIII turunun oyunlarını idarə edəcək hakimlər heyəti müəyyənləşib.

Noyabrın 27-də keçiriləcək “İmişli” – “Şəfa” matçını Fərid Hacıyev, “Neftçi” – “Zirə” qarşılaşmasını isə Tural Qurbanov idarə edəcək.

Noyabrın 28-də baş tutacaq “Turan Tovuz” – “Kəpəz” oyununa İnqilab Məmmədov, “Sabah” – “Araz-Naxçıvan” görüşünə isə Vüqar Həsənli təyin olunub.

Noyabrın 29-da baş verəcək “Şamaxı” – “Qəbələ” matçında ədaləti Rəşad Əhmədov, “Qarabağ” – “Sumqayıt” oyununda isə Kamranbəy Rəhimov qoruyacaq.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6