Valdas Dambrauskasa “Diplomatiya ulduzu” mükafatı təqdim edilib

Arxiv fotosu; Valdas Dambrauskas
Sabah FK · Arxiv fotosu

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Diplomatiya ulduzu” mükafatını verib.

Litva XİN rəhbəri Dambrauskasın Çempionlar Liqasında komandaya rəhbərlik edən ilk litvalı məşqçi olduğunu vurğulayıb və onun fədakarlığına görə təşəkkürünü bildirib.

Kestutis Budris və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” oyununu izləyiblər. Görüş “Sabah”ın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6