“Şəfa” rəhbərliyi Zaur Həşimova etimad göstərib

Arxiv fotosu; Zaur Həşimov
Arxiv fotosu

“Şəfa” klubunun rəhbərliyi və baş məşqçi Zaur Həşimov komandanın cari mövsümdəki çıxışını və qeyri-sabit nəticələri müzakirə etmək üçün iclas keçirib.

İclasın yekununda mütəxəssislə əməkdaşlığın davam etdirilməsi və baş məşqçiyə etimadın qorunması barədə qərar qəbul olunub.

Klubun mətbuat katibi Heybət Məmmədov bildirib ki, rəhbərliklə baş məşqçi arasında mütəmadi görüşlər keçirilir və bu toplantılarda komandaya dəstək ifadə olunur.

Qeyd edək ki, elitaya qayıdan “Şəfa” hazırda turnir cədvəlində 11-ci pillədə yer alıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6