Aleks Kampos “Barselona”nın heyətində ilk rəsmi oyununa çıxıb

UEFA Çempionlar Liqasının V turunda “Barselona” səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

Bakıdakı qarşılaşma “Barselona”nın 18 yaşlı müdafiəçisi Aleks Kampos üçün əlamətdar olub. O, Kataloniya təmsilçisinin əsas komandasının heyətində ilk rəsmi oyununa çıxıb.

Gənc mərkəz müdafiəçisi matçın 64-cü dəqiqəsində Frenki de Yonqun yerinə meydana daxil olub.

2021-ci ildə “Barselona”nın akademiyasına qoşulan Kampos hazırda klubun B komandasının kapitanıdır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6