AFFA İntizam Komitəsi Region Liqası və U-9 Liqası ilə bağlı qərarlarını açıqlayıb

Region Liqasında keçirilən oyunlarda qayda pozuntusuna yol verən bir sıra futbolçular cəzalandırılıb. İqrar Səmədov (ŞKGB) 1, Teymur Rəfili (Ordubad FK) 2, Nazir Quliyev (Mübariz Binə FK), Asif Sadıqov (Ələt FK) və İsmayıl Məmmədov (Göygöl FK) hərəyə 3 oyunluq cəza alıb. Mehrac Alıyev (Qovlar FK) və Rəvan Əliyev (Veteran Tankçılar Gəncə FK) isə 1 oyunluq kənarlaşdırılıb.

Hakimlərə qarşı nəlayiq ifadələr işlətdikləri üçün Tamerlan Zeynalov (Gənclər Birliyi Bakı PFK), Nihad Müslümov (Əlincə FK) və Ramazan Havalayev (Balakən FK) 5 oyunluq cəzaya məruz qalıb. Veteran Tankçılar Gəncə FK-nın üzvü Sahib Cümşüdov 7, klub prezidenti Hacıbaba Əzimov isə 8 oyunluq cəzalandırılıb.

Region Liqasında təşkilati problemlər səbəbindən baş tutmayan Xəzri Buzovna FK – City Baku FK oyununda City Baku FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-9 Liqasında hakim qərarlarına etiraz etdikləri üçün baş məşqçilər Asif Zeynalov (FC SCOUT), Səxavət Ağazadə (AZART) və Rəşad Muradov (Vətən) hərəyə 2 oyunluq cəzalandırılıb.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6