“Şəfa”da Zaur Həşimovla bağlı qərar verilib

Arxiv fotosu; Zaur Həşimov
Arxiv fotosu

Noyabrın 24-də “Şəfa” klubunda rəhbərlik və baş məşqçi Zaur Həşimovun iştirakı ilə iclas keçirilib. Klubun mətbuat xidmətinin rəhbəri Heybət Məmmədovun verdiyi məlumata görə, görüşdə komandanın mövsüm ərzində göstərdiyi oyun və qeyri-sabit nəticələr müzakirə edilib.

Klub rəhbərliyi mövcud duruma baxmayaraq, Zaur Həşimova dəstək nümayiş etdirib və onunla əməkdaşlığın davam etdirilməsinə qərar verib.

“Şəfa” hazırda Misli Premyer Liqasında 12 turdan sonra 5 xalla 11-ci pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6