“Neftçi” Rüfət Abbasovla bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib

Polşanın “GKS Katovis” klubunun “Neftçi”nin müdafiəçisi Rüfət Abbasovla maraqlandığı və 3 illik müqavilə təklif etdiyi barədə məlumatlar yayılıb.

“Neftçi”nin mətbuat xidməti isə sözügedən məsələ ilə bağlı rəsmi müraciətin daxil olmadığını və klubun hazırda heç bir danışıq aparmadığını açıqlayıb.

Polşa çempionatında çıxış edən “GKS Katovis” 15 turdan sonra 21 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6