Bakıda “Sabah” – “Barselona” oyununu izləməyə gələn azarkeş vəfat edib

Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” matçını izləmək üçün Rusiyadan Bakıya gələn azarkeş stadionda dünyasını dəyişib.

Hadisə Bakı Olimpiya Stadionunda oyunun ikinci hissəsində baş verib. Krasnoyarsk diyarından gələn 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin tribunada qəfil halı pisləşib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub. Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib və faktla bağlı araşdırma aparılır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6