Valdas Dambrauskas “Diplomatiya ulduzu” mükafatı ilə təltif olunub

Arxiv fotosu; Valdas Dambrauskas
Sabah FK · Arxiv fotosu

“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatına layiq görülüb.

Mükafatı mütəxəssisə Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris təqdim edib. Nazir bu barədə özünün “X” hesabında məlumat paylaşıb.

Kestutis Budris Dambrauskasın UEFA Çempionlar Liqasında komandaya rəhbərlik edən ilk litvalı məşqçi olduğunu vurğulayıb və onun Litvanın dünya futbolunda tanıdılmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, nazir Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Bakı Olimpiya Stadionunda “Sabah” və “Barselona” komandaları arasında keçirilən oyunu izləyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6