“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla məğlub olub

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının 5-ci turunda Bakıda “Barselona” ilə qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən oyun İspaniya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 33-cü dəqiqəsində “Sabah”ın heyətində Bakare qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İkinci hissədə Rodriqez, Qistau (2), Mixal, Buil, Tavares və Fofana qollara imza atıblar.

Adino Mustedanaqiçin rəhbərlik etdiyi “Sabah” U-19 turnirdə keçirdiyi 5 oyunun hamısında məğlub olub və hazırda cədvəldə 36-cı pillədə qərarlaşır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6