Elvin Cəfərquliyev komanda ilə məşqlərə başlayıb

Arxiv fotosu; Elvin Cəfərquliyev
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev zədəsini sağaldaraq komanda ilə birgə məşqlərə qoşulub.

Klubun sosial şəbəkə hesablarında futbolçunun məşq prosesində iştirakını əks etdirən fotolar paylaşılıb.

Avqustun 13-də Kiyev “Dinamo”su ilə oyunda zədələnərək əməliyyat olunan futbolçu hazırda həkim nəzarəti altında yüngül məşqlər edir.

“Qarabağ”ın mətbuat katibi Anar Həsənov bildirib ki, Elvin Cəfərquliyevin meydana nə vaxt qayıdacağı ilə bağlı qərarı baş məşqçi verəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6