Valdas Dambrauskas hakim qərarlarından narazılığını bildirib

Arxiv fotosu; Valdas Dambrauskas
Sabah FK · Arxiv fotosu

Misli premyer-liqasının 13-cü turunda “Sabah” evdə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib. Oyunsonrası mətbuat konfransında çıxış edən baş məşqçi Valdas Dambrauskas “Barselona” ilə matçdan sonra bu görüşə köklənməyin çətin olduğunu bildirib.

Valdas Dambrauskas hakimlikdən narazı qaldığını və qərarları anlamadığını qeyd edib. O, matçda həddindən artıq çox sarı vərəqə göstərildiyini vurğulayaraq, hakimlər barədə düşüncələrinin çox pis olduğunu deyib.

Baş məşqçi həmçinin çempionatda azarkeş marağının aşağı olmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, “Neftçi” və “Qarabağ”la oyunlar istisna olmaqla, Bakıda azarkeş dəstəyi istənilən səviyyədə deyil.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6