Rüfət Abdullazadənin komandası İsrail çempionatında məğlub olub

İsrail Premyer Liqasının 11-ci turunda “Kiryat Şimona” səfərdə “Hapoel Ramat Qan” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu 3-cü dəqiqədə Kristofer Bonifeys vurub.

Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə oyuna 46-cı dəqiqədə daxil olub.

Bu məğlubiyyətdən sonra 7 xalı qalan “Kiryat Şimona” turnir cədvəlində sonuncu - 14-cü pillədə yer alıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6