Misli Premyer Liqasında XIV turun oyun cədvəli açıqlanıb

Arxiv fotosu; Rəşad Sadıqov
PFL · Arxiv fotosu

Misli Premyer Liqasında XIV turun oyun cədvəli müəyyənləşib və dörd günü əhatə edəcək bütün görüşlər “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Dekabrın 4-də “Zirə” Zirə İdman Kompleksinin stadionunda “Sabah”ı qəbul edəcək.

Dekabrın 5-də “İmişli” Yevlax şəhər stadionunda “Qəbələ” ilə qarşılaşacaq.

Dekabrın 6-da “Şamaxı” öz meydanında “Kəpəz”lə, “Sumqayıt” isə Mehdi Hüseynzadə adına stadionda “Turan Tovuz”la üz-üzə gələcək.

Dekabrın 7-də “Araz-Naxçıvan” “Qarabağ”la, “Şəfa” isə “Neftçi” ilə “SOCAR Polymer Arena”da qarşılaşacaq.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6