Ayman Buali: Azərbaycan Premyer Liqasında rəqabət artıb

Azərbaycan Premyer Liqasında rəqabətin səviyyəsi ildən-ilə yüksəlir. Buna səbəb kimi klubların düzgün seleksiya işi və ölkəyə daha keyfiyyətli legionerlərin cəlb olunması göstərilir.

“Şamaxı”nın futbolçusu Ayman Buali bildirib ki, hazırda çempionatda aşkar favorit yoxdur və turnir cədvəlinin aşağı pillələrindəki komandalar belə iddialılara ciddi müqavimət göstərir.

Mərakeşli yarımmüdafiəçi qeyd edib ki, əvvəllər “Qarabağ” rəqiblərini aşkar üstələyirdisə, indi “Neftçi”, “Turan Tovuz”, “Sabah” və “Zirə” kimi komandalar da çempionluq uğrunda mübarizə aparır.

Buali bu vəziyyətin Azərbaycan futbolunun inkişafı üçün sevindirici olduğunu və gələcəkdə daha səviyyəli oyunçuların ölkəyə maraq göstərəcəyinə inandığını vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6