UEFA Çempionlar Liqası: “Sabah” - “Barselona” matçının heyətləri açıqlanıb

Arxiv fotosu; Valdas Damrbrauskas "Orhus"la oyunu şərh etdi
Sabah FK · Arxiv fotosu

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” - “Barselona” oyunu üçün komandaların heyətləri bəlli olub.

Saat 21:45-də başlayacaq qarşılaşmada “Sabah” heyətinə Stas Pokatilov, Stiv Solvet, Umarali Raxmonaliyev, Kristian Nvaçukvu, Xəyal Əliyev, İvan Lepiniça, Timoteuş Puxaç, Erivaldo Almeyda, Ksander Severina, Du Keyros və Akim Zedadka daxildir.

İspaniya təmsilçisi “Barselona” isə meydana Joan Qarsiya, Balde, Qavi, Fermin Lopes, Pedri, Xesus, Adeyemi, Qordon, Jerar Martin, De Yonq və Kunde ilə çıxacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6