Kristian Sebalyos: "Barselona" erkən qol vursa, "Sabah" üçün vəziyyət çətinləşəcək"

Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Sabah” - “Barselona” oyunu ərəfəsində Bakı klubunun keçmiş məşqçisi Kristian Sebalyos fikirlərini bildirib.

Sebalyos “Barselona” ilə müqayisədə “Sabah”ın keyfiyyət baxımından ciddi fərqi olduğunu qeyd edib. O, ispan klubunun erkən qol vuracağı təqdirdə “Sabah” üçün vəziyyətin şübhəsiz ki, çətinləşəcəyini bildirib.

İspan mütəxəssis “Sabah”ın heyətində 15 əcnəbi futbolçunun olduğunu və məşqçilər korpusunun da əcnəbilərdən təşkil olunduğunu vurğulayıb. Buna baxmayaraq, o, “Sabah”ın mübarizə aparmağı bacaran komanda olduğunu əlavə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6