Hansi Flik: “Sabah” La Liqa səviyyəsində komandadır

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının V turunda “Sabah”la keçiriləcək oyun öncəsi rəqibin oyununu yüksək qiymətləndirib. Almaniyalı mütəxəssis “Sabah”ın futbol oynamağı bacardığını və La Liqa səviyyəsində komanda olduğunu bildirib.

Flik Lamin Yamalın Bakıya gətirilmədiyini və onun İspaniyada qalmasının məqsədəuyğun hesab edildiyini açıqlayıb. Baş məşqçi sıx oyun qrafiki səbəbindən heyətdə müəyyən dəyişikliklərin ola biləcəyini istisna etməyib.

“Sabah” və “Barselona” arasında keçiriləcək qarşılaşma bu gün saat 21:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6