Umarali Raxmonaliyev: “Özbək azarkeşlər mənim üçün gəliblər”

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə keçiriləcək matçdan öncə özbək azarkeşlərin stadionda olmasından məmnunluğunu bildirib. O, özbəklərin çoxluğunu gördüyünü və onların məhz onun üçün gəldiyini qeyd edib.

Raxmonaliyev qarşıdakı oyunda yaxşı mübarizə olacağına ümid etdiyini və komandasının daha yüksək performans göstərəcəyini bildirib.

“Sabah” və “Barselona” arasında baş tutacaq görüş bu gün saat 21:45-də Bakı Olimpiya stadionunda başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6