Aslan Kərimov: “Sabah” və “Barselona” matçından yalnız zövq almalıyıq

Arxiv fotosu; Aslan Kərimov
Arxiv fotosu

UEFA Çempionlar Liqasının V turunda “Sabah” bu gün saat 21:45-də “Barselona”nı qəbul edəcək.

Veteran futbolçu Aslan Kərimov bildirib ki, “Barselona” ölkəyə gələn ən titullu komandadır və görüşün favoriti də məhz onlardır.

Kərimovun sözlərinə görə, “Sabah” topu qazandıqdan sonra sürətli hücuma keçməli və irəlidə pressinq tətbiq etməlidir, çünki rəqib topu itirdikdən sonra onu qısa müddətdə geri qaytarmağa çalışır.

Mütəxəssis vurğulayıb ki, nəticədən asılı olmayaraq bu matçdan zövq almaq lazımdır, çünki dünyanın ən güclü komandasına qarşı oynamaq futbolçular üçün böyük hadisədir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6