AFFA-nın dəstəyi ilə zorakılığa qarşı maarifləndirici tədbir keçirilib

AFFA-nın dəstəyi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində maarifləndirici tədbir baş tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüş “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr edilib.

Tədbirdə beynəlxalq dərəcəli hakimlər Tural Qurbanov, Gülnurə Əkbərzadə və AFFA nümayəndələri iştirak ediblər.

İnteraktiv məşğələdə ailədə, cəmiyyətdə və idmanda zorakılığın yolverilməzliyi, gender bərabərliyi və ədalətli oyun prinsipləri müzakirə olunub, futbolda qadınların bərabər iştirakının vacibliyi vurğulanıb.

İştirakçılar uşaqlarla birlikdə “Ailədə, cəmiyyətdə və idmanda zorakılığa YOX!” çağırışı ilə çıxış edərək maarifləndirmənin əhəmiyyətini qeyd ediblər.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6