Coy-Lens Mikels: "Barselona"ya ikinci qolu da vurmalı idim"

“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Barselona” ilə keçirilən oyunu klub üçün xüsusi hadisə adlandırıb.

Mikels bildirib ki, 1:4 hesabı ilə bitən matçın ilk hissəsində cəsarətli çıxış edərək bir neçə qol imkanı yaradıblar, lakin fürsətləri dəyərləndirə bilməyiblər.

Hücumçu qeyd edib ki, “Barselona” kimi rəqiblər buraxılan xırda səhvləri və qaçırılan imkanları cəzalandırır, bu da komandalar arasındakı əsas fərqdir.

Matçda komandasının yeganə qolunu vuran Mikels ikinci dəfə fərqlənmək üçün yaxşı şansının olduğunu və bu cür epizodları dəyərləndirməyi öyrənməli olduqlarını vurğulayıb.

Futbolçu “Barselona” ilə qarşılaşmanı Çempionlar Liqasında əvəzolunmaz təcrübə kimi qiymətləndirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6