Bakıda “Sabah” – “Barselona” oyununda azarkeş vəfat edib

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Sabah” – “Barselona” matçını izləməyə gələn azarkeş dünyasını dəyişib.

Rusiyanın Krasnoyarsk diyarından gələn 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin oyunun ikinci hissəsində tribunada halı pisləşib və o, stadionda vəfat edib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub. Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib və faktla bağlı araşdırma aparılır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6