Entoni Qordon “Sabah”la oyun barədə fikirlərini bölüşüb

“Barselona”nın hücumçusu Entoni Qordon Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda Bakıda “Sabah”a qarşı keçirilən və 4:1 hesablı qələbə ilə bitən oyunu şərh edib.

Qordon “Sabah”a qarşı əla oyun nümayiş etdirdiklərini və komanda olaraq çox yaxşı oynadıqlarını bildirib. İki qol vurduğu üçün şad olduğunu qeyd edən futbolçu, ən vacib məqamın komandanın nəticəsi olduğunu vurğulayıb.

İngilis oyunçu uzun məsafəli səfərlərin asan olmadığını, lakin Azərbaycanda yenidən olduğu üçün məmnunluğunu ifadə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6