Lorenso Mezzotero “Sampdoriya”nın heyətində dubl edib

Azərbaycanın U-21 millisinin üzvü Lorenso Mezzotero İtaliya B seriyasının 13-cü turunda “Padova” ilə səfər matçında iki qol vurub.

18 yaşlı hücumçu 19 və 84-cü dəqiqələrdə fərqlənərək “Sampdoriya”nın 2:1 hesablı qələbəsinə kömək edib.

Matçda əvəzlənmədən çıxış edən Mezzotero “Sampdoriya”nın əsas komandasında vurduğu qolların sayını 4-ə çatdırıb.

Gənc futbolçu ötən tur “Benevento” ilə qarşılaşmada da qol vurmağı bacarmışdı.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6