“Kəpəz” iki ay azarkeş dəstəyindən məhrum olacaq

“Kəpəz” cari mövsümdə keçirdiyi 8 ev oyununda ümumilikdə 98 800 tamaşaçı sayı ilə ölkə üzrə liderlik edir və hər oyunda orta hesabla 12 350 azarkeşin dəstəyini alır.

Təqvimə əsasən, Gəncə təmsilçisi növbəti iki ay ərzində doğma meydanından uzaq düşəcək və çempionatın 13-16-cı turları, həmçinin kubokun 1/8 final mərhələsi daxil olmaqla ardıcıl səfər oyunlarına çıxacaq.

Noyabrın 22-də “Qarabağ”la keçirilən son ev oyununda 15 min azarkeş önündə oynayan komandanın növbəti ev matçı qış fasiləsindən sonra, yanvarın 22-də “Araz-Naxçıvan”a qarşı baş tutacaq.

Azarkeş dəstəyinin futbolçulara əlavə motivasiya verdiyini nəzərə alsaq, bu fasilə “Kəpəz” üçün ciddi sınaq hesab olunur və komandanın doğma tribunalar olmadan necə mübarizə aparacağı maraq doğurur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6