Qustavo Klisman sentyabrın ən yaxşı qolunun müəllifi seçilib

Qustavo Klisman sentyabrın ən yaxşı qolunun müəllifidir
Neftçi PFK

“Neftçi”nin futbolçusu Qustavo Klisman “Ayın qolu” layihəsi çərçivəsində sentyabr ayının ən yaxşı qolunun müəllifi seçilib. Braziliyalı oyunçuya mükafatı “Şamaxı” – “Neftçi” matçından əvvəl PFL-in prezidenti Elxan Səmədov təqdim edib.

Klisman bu mükafata sentyabrın 11-də Yevlax şəhər stadionunda keçirilən “İmişli” – “Neftçi” qarşılaşmasında vurduğu qola görə layiq görülüb. O, 2:3 hesabı ilə başa çatan matçın 80-ci dəqiqəsində komandasının qələbə qolunu vurub.

Mükafatlandırma mərasimi Misli Premyer Liqasının X turu çərçivəsində keçirilən “Şamaxı” – “Neftçi” görüşündən əvvəl Şamaxı şəhər stadionunda baş tutub.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6