Şamaxı şəhər stadionunda işıqlandırma sistemi quraşdırılır

Şamaxı şəhər stadionunda projektorların olmaması səbəbindən oyunlar günorta saatlarında keçirilir, lakin artıq işıqlandırma sistemi üçün avadanlıqlar gətirilib.

“Şamaxı” klubunun idman direktoru Kamran İsmayılov bildirib ki, sentyabr ayından bəri davam edən layihənin nə vaxt yekunlaşacağını konkret demək çətindi, çünki gözlənilməz problemlər yarana bilər.

Kamran İsmayılov layihənin klubun maddi gücünə təsirsiz ötüşməyəcəyini və sponsorsuz fəaliyyət göstərdikləri üçün çətinliklərin yarana biləcəyini qeyd edib.

Klub rəsmisi maliyyə xərclərinin əvvəldən proqnozlaşdırıldığını və qeyri-adi hadisə baş verməyəcəyi təqdirdə büdcədə çökmə gözlənilmədiyini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6