İsa Suliman Pakistan millisinə dəvət olunub

İsa Suliman Pakistan millisinə dəvət olunub

“Sumqayıt” klubunun kapitanı İsa Suliman Pakistan milli komandasına dəvət alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi Banqladeşdə təşkil olunan “SAFF Championship 2026” turnirində iştirak edən Pakistan yığmasının heyətinə cəlb edilib. Pakistan turnirin B qrupunda Hindistan və Maldiv adaları ilə mübarizə aparır.

Turnirin yarımfinal mərhələsinə qruplarda ilk iki yeri tutan komandalar vəsiqə qazanacaq. Yarımfinal oyunları noyabrın 14-də, final matçı isə noyabrın 17-də keçiriləcək. Pakistanın yarımfinaldakı rəqibi Hindistan və Maldiv adaları arasında keçiriləcək oyundan sonra bəlli olacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6