“Sumqayıt” Masaki Murata ilə yollarını ayırıb

“Sumqayıt” 27 yaşlı yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Muratanın komandaya qayıdışının uğursuz alınması baş məşqçi Filipe Kandidonun taktiki planları ilə bağlıdır. Portuqaliyalı mütəxəssis oyunçunu 4 ay öncə düşərgədən göndərmək istəsə də, futbolçu müqaviləni pozmaqdan imtina etmişdi.

Hazırda başqa təklifləri olan yarımmüdafiəçi 2 aylıq kompensasiya qarşılığında klubla yollarını ayırmağa razılıq verib.

Qeyd edək ki, Murata 2022-2024-cü illərdə “Sumqayıt”ın heyətində 54 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025-ci ilin avqustunda yenidən komandaya qayıdaraq 2 illik müqavilə imzalamışdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6