“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər

Arxiv fotosu; Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır"
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ” Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la keçiriləcək ev oyunu üçün xanım azarkeşlərə pulsuz giriş imkanı yaradıb.

Biletləri noyabrın 26-dan etibarən şəxsiyyəti təsdiq edən sənədlə Heydər Əliyev Sarayının kassasından və ya “28 Mall” AVM-dəki Fan Store-dan əldə etmək mümkündür.

QR biletləri oyun günü “Azersun Arena”nın kassasından da götürmək olar, lakin stadiona giriş yalnız bu biletlərlə təmin ediləcək.

“Qarabağ” – “Sumqayıt” matçı noyabrın 29-da saat 17:00-da “Azersun Arena”da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6