“Qəbələ” fasilə zamanı yoxlama oyunu keçirəcək

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə “Qəbələ” klubunun hazırlıq planları məlum olub. Klubun sözçüsü Elnur Məmmədlinin verdiyi məlumata görə, hazırda 3 günlük istirahətdə olan komanda noyabrın 11-də məşqlərə başlayacaq.

Bölgə təmsilçisi fasilə müddətində əvəzedici komanda ilə yoxlama matçı keçirməyi planlaşdırır, lakin oyunun dəqiq vaxtı hələlik müəyyənləşməyib.

Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasında növbəti oyununu noyabrın 21-də səfərdə “Şəfa”ya qarşı keçirəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6