“Neftçi”nin müdafiəçisinə Polşadan təklif gəlib

Arxiv fotosu; “Palms Sports Arena”da qolsuz heç-heçə
Neftçi PFK · Arxiv fotosu

Azərbaycan millisinin və “Neftçi”nin müdafiəçisi Rüfət Abbasov karyerasını Avropada davam etdirə bilər. 21 yaşlı futbolçu Polşanın “GKS Katovis” klubundan təklif alıb.

Polşa təmsilçisi müdafiəçi ilə 3 illik müqavilə bağlamaq niyyətindədir. Rüfət Abbasovun özünün də bu təklifdən xəbəri var.

Qeyd edək ki, Rüfət Abbasov bu ilin yayında “Şamaxı”dan “Neftçi”yə qayıdıb və hazırda 3 illik müqavilə ilə çıxış edir.

“GKS Katovis” Polşa çempionatında 15 turdan sonra 21 xalla səkkizinci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 7 qələbə qazanıb və 8 dəfə məğlub olub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6