“Şəfa” klubunda maaş qalmaqalı: Dilan Mertens heyətdən kənarlaşdırılıb

Arxiv fotosu; Dilan Mertens
Arxiv fotosu

Çempionatda uğursuz nəticələr göstərən “Şəfa” klubunda maliyyə problemləri yaşanır. Komanda üzvləri 3 aydır maaşlarını ala bilmədikləri üçün rəhbərliyə etiraz ediblər.

Klubun vitse-prezidenti Əfran İsmayılovun futbolçuları razı salmasına baxmayaraq, niderlandlı yarımmüdafiəçi Dilan Mertens öz mövqeyindən geri çəkilməyib. Bu səbəbdən Mertens “Sumqayıt”la oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 31 yaşlı futbolçu buna qədər komandanın keçirdiyi 9 oyunun hamısında iştirak etmiş və 8 matçda start heyətində yer almışdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6